Ağız qoxusu haqqında bəzi faktlar

Siz işdə və ya iclasda oturmusunuz, və birdən sizin diqqətinizi nə isə cəlb edir. Bu sizin yaninızda oturmuş işçilərdən biridir və siz başa düşürsünüz ki, o nahar vaxtı soğan yemişdir. Və siz hətta sezmirsiniz ki, 1 saat bundan qabaq yeyilmiş bir tikə coğan iclasdakı işçiləri stullarını uzaqlaşdırmağa məcbur edir.

Ağızdan gələn pis qoxu, siz fikirləşdiyinizdən daha çox yayılmış haldır. Doktor Harold Katsın sözlərinə görə yer kürəsi əhalisinin üçdən biri ağızdan gələn pis qoxudan əziyyət çəkir, bir çoxları isə hətta bundan xəbərsizdirlər.

O deyir: “ona görə də siz öz nəfəsinizi hiss etməyə bilərsiniz” və əlavə edir ki,beyin iyə alışır ki, bu prosesdə akmassiya adlanır. Kaliforniyadan olan nəfəs klinikasinin banisi Kats təstiq edir ki, sizin ağzinizdan iyin gəlməsinə yediyiniz qidanin bilavastə təsiri vardir. Amerika Dantistlər Assosassiyasına gorə nə qədər ki, qida orqanizimdən xaric olmayıb, iy o vaxta qədər qalacaqdır.

Belə ki, siz bir tikə sarimsaqlı qida qəbul etdiyiniz vaxtdan sarimsağin tərkibində ki komponentlər qana keçir, sonra ağ ciyərlərə çatir və sonra xaric olur-bütün bu vaxt ərzində siz iy verəcəksiniz. Aydın məsələdir ki, soğan, sarımsaq kimi qidalar nəfəsə bilavastə təsir edə bilir, belə ki, onların tərkibində sulfitli birləşmələr vardır- məhz onlar xoşa gəlməyən iyin səbəbidir.Lakin Katsın mülahizəsinə görə daha az məlum olan iy məmbələri var ki, onlara gorə də sizin nəfəsiniz hamini otağı tərk etməyə məcbur edə bilər.
Ardı →

Ağız qoxusunun qarşısını necə almalı?

Xüsusən də səhər yuxudan duranda ağızda pis qoxular olur. Lakin ağız qoxusu ilə mübarizə aparmaq və yox etmək mümkündür. Qarşınızdakı insanın sizinlə danaşarkən özünü narahat hiss etməməsi üçün bunlara əməl etməlisiniz! 
 
  • Çoxlu su için. Bədən susuz qaldığı zaman ağızda pis qoxular yaranır. 
     
  • Dişlərinizi fırçalayarəkən diş ipi işlədin və ən əhəmiyyətlisi, dilinizi də təmizləməyı unutmayın. 
     
  • Keyfiyyətli qarqara suyu işlədin. 
     
  • Şəkərsiz saqqız çeynəyin. 
     
  • Gün ərzində 1 ya da 2 ədəd mixək çeynəyin. 
     
  • Siqaret, ədviyyatlı yeməklər, şəkərli saqqızlar ağızdakı bakteriyaları artırır və qoxunun yaranmasına səbəb olur. Bunları yedikdən sonra dişləri fırçalamağı unutmayın. 

    Həmçinin bax: Təravətli nəfəs 

Davamı →

Saqqızın ziyanları haqqında həqiqətlər

Demək olar ki bütün reklamlarda stomatoloq həkimlər hər yeməkdən sonra mütləq qaydada həm həzm traktının ilk mərtəbəsi olan ağız ibtidailərinin “qoxularından” və eləcə də verə biləcək digər zərərlərindən qorunmaq məqsədilə 1-2 saqqız çeynəməklə  azad ola bilinəcəyini məsləhət görürlər.Bəs həqiqətənmi bu informasiya doğrudur,saqqızlar sözün əsl mənasında dişləri kariesdən qoruyaraq onların ağ cə sağlam qalmasının təminatçısıdırmı?


Ardı →

Təravətli nəfəs

Tanışlıq, münasibət qurmaq, eləcə də gündəlik həyatda ünsiyyət bizim üçün çox vacibdir. Amma bəzən buna mane olan səbəblər ortaya çıxır. Bu sırada ağızdan gələn xoşagəlməz qoxu çoxlarını narahat edir. Ağızdan gələn pis qoxu insanların həm şəxsi, həm də iş həyatlarında ciddi problemlər yaradır. Bəzi adamlarda bu, hətta daimi stresslərə gətirib çıxarır. Nəfəsin xoşagəlməz qoxmasının bir çox səbəbləri var. Məsələn, soğan, sarımsaq, ət, balıq, pendir və s. kimi bəzi qidaları yeyəndən sonra qoxu yaranır. Köklük, siqaret yaxud alkoqol qəbulu da nəfəsin təmizliyini korlayır. Ümumiyyətlə, bu baxımdan ağızın və dişlərin gigiyenik baxımı olduqca vacibdir. Çünki dişlərin vaxtında və düzgün yuyulmaması da ağızdan qoxunun gəlməsinə səbəb olur. Belə ki, yemək qalıqları dişlərin arasına çökür və orada qalaraq qoxu törədən bakteriyaların çoxalmasına səbəb olur. Ona görə dişləri bir dəqiqədən az olmayaraq firçalamaq lazımdır. Həmçinin, yalnız dişləri yox, dilin üzərini də təmizləməliyik ki, bura yığılan bakteriyalar məhv olsun. Bunun üçün xüsusi fırçalar satılır.
Ardı →